SMM (Sosial Media Marketinq) – bu məhsulunuzun diqqət mərkəzində qalması üçün alternativ və indiki zamanda ən vacib yollardan biridir.
SMM daha nə üçün lazımdır?
1) Sizi tanıyırlar – Sizə güvənirlər! Müsbət imicin yaradılması və saxlanılması
Bu günlərdə əhalinin çox hissəsi həm sosial şəbəkələrdə var, həm də orada vaxtının çoxunu keçirir. Düzgün strategiyalar əsasında səhifənizin tanınması sizin müsbət imicinizi formalaşdıracaq. Müsbət imicin yaradılması isə şirkətinizə olan güvəni artıracaq.
2) Satışların artması! Düzgün auditoriyanın cəlb olunması
Mütəxəssislərimizin təcrübələri əsasında biznesiniz düzgün insanlara köklənəcək. Beləliklə yalnız sizə lazım olacaq müştərilər ilə əhatələnəcəksiniz. Bu isə öz növbəsində potensial müştərilərinizin bol olmasına gətirib çıxaracaq.